Xəstəxanaya aparılan İsrailin baş naziri Binyamin Netanyahu müalicəsinin ardından evə buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə baş nazirin yerləşdirildiyi “Tel HaShomer” xəstəxanasının “Sheba” mərkəzindən yazılı açıqlamada verilib.

Açıqlamada Netanyahunun dünən xəstəxanaya müraciət etdiyi, müalicədən sonra ürək ritmində anormallıq aşkar edilmədiyi ifadə edilib.

Qeyd olunub ki, Netanyahunun ürək aritmiyalarını izləmək üçün bədəninə cihaz yerləşdirilib.