"İsrail dövlət büdcəsinin müdafiəyə ayrılan xərcləri ildə 20 milyard şekel (təxminən 5,5 milyard dollar) artırmalıdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.

Netanyahu müharibə şəraitində ölkə iqtisadiyyatının sabitliyinin qorunmasının vacibliyini qeyd edib:

"Biz daha bu siyasəti davam etdirə bilmərik. Bundan sonra müdafiəyə ayrılan xərclər ildə 5,5 milyard dollar artırılmalıdır. Çünkü ölkə təhlükəsizlik ehtiyaclarını qarşılamalıdır".

 

Gözəl Həşimova