"İsrail Qəzza zolağına hakim HƏMAS hərəkatı üzərində tam qələbəyə nail olmaqda qərarlıdır və buna nail olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə görüşdən sonra bildirib. 

"Mən ABŞ-nin müdafiə naziri Ostin ilə görüşdüm. Biz HƏMAS üzərində tam qələbə qazanmaq əzmindəyik və bunu edəcəyik", - Netanyahu deyib.

"Mən Ostinə girovların fotoşəkillərini göstərdim. Geri qaytardığımız və geri qaytaracağımız bütün şəxslər o şəkillərdə var idi", - deyə İsrailin baş naziri əlavə edib.