"Karyeram ərzində harada oynamışamsa, ən azı 3 il orada qalmışam və uğurlu olmaq üçün çalışmışam. Bu kluba gələndə hər kəs məni yaxşı qarşıladı və bundan motivasiya aldım. “Neftçi” ilə böyük nailiyyətlər əldə etmək istəyirəm”.

İqtisadiyyat.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Yuri Matias mətbuat konfransında deyib.

28 yaşlı müdafiəçi qarşılaşmalarda çox vərəqə almasına toxunub: “Bu, normal deyil. Vərəqə sayı çoxdur. Burada hakimlərlə danışdığım üçün daha çox cəzalanıram. Əvvəl çıxış etdiyim liqalarda belə deyildi. Artıq özümü daha təmkinli aparmağa çalışıram”.

Yuri Matias “Qarabağ”ın Bakıda İsveçin “Hakken” komandasına qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyunu barədə də fikirlərini bölüşüb. O, bu matçın ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib:

“Qarabağ”ın bu gün qələbə qazanmasını istəyirəm. “Qarabağ” yaxşı heyətə malik güclü komadadır”.