Neftçala rayonunda abadlıq işləri həyata keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, abadlıq işləri şəhərin 20 Yanvar, M.Ə.Rəsulzadə, General Məmməd Əsədov, Nizami və M.Ə.Sabir küçələrində, eləcə də Bulvar ərazisində, rayon icra hakimiyyətinin qarşısında və digər ərazilərdə aparılacaq.

Neftçala Rayon İcra Hakimiyyəti (RİH) abadlıq işlərini "Baku Building" şirkətinə həvalə edib.

RİH bunun müqabilində şirkətə 1 milyondan artıq ödəniş edəcək. Artıq yerli icra hakimiyyəti ilə sözügedən şirkət arasında müqavilə imzalanıb.

Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur. O, 2020-ci ildə bu vəzifəyə təyin olunub.