Cari ildə qlobal neft tələbatının gündəlik 100,3 milyon barrelə yüksələcəyi nəzərdə tutulur.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2019-cu ildə qlobal neft tələbatı 1 milyon 200 min barrel artaraq sutkalıq orta hesabla 100 milyon 300 min barrel təşkil edəcək.

IEA-ya görə, bu il neftə olan gündəlik tələbatda 35 milyon 400 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 100 min barrellə Amerika qitəsi və 15 milyon 200 min barrel ilə Avropa qərarlaşacaq.(azərtac)