Dünya bazarında neftin qiyməti təxminən 1 % düşüb.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,93 % ucuzlaşaraq 1 bareli 84,35 ABŞ dollarına satılıb.

WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,97 % düşüb və 1 bareli 77,73 ABŞ dolları təşkil edib.

Xatırladaq, daha əvvəl ABŞ aprel-iyun aylarında strateji ehtiyatdan 26 milyon barel neft satmağı planlaşdırdığını açıqlamışdı. Bu il fevralın 10-a kimi həftə ərzində bu ölkədəki kommersiya neft ehtiyatları 16,3 milyon barel artıb.