"Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə popkorn satan həmin gənci tapdıq".

İqtisadiyyat.Az xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov öz "Facebook" səhifəsində yazıb:

"Bir neçə gündür Azneft Meydanının yaxınlığındakı keçiddə popkorn satan gənclə bağlı geniş müzakirələr aparılır. Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq. Deməli, Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX - cu sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır. Əmək Məcələsi 15 yaşından sonra işləmək hüququ verir. İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək".