Ermənistanın sülh sazişinə dair noyabrın sonunda təqdim etdiyi təkliflər paketində müsbət irəliləyiş müşahidə olunur.

İqtisadiyyat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

“Noyabr ayının sonunda biz 70 günlük fasilədən sonra nəhayət ki, Ermənistandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini qəbul etmişdik. Təbii ki, mən onun mahiyətinə varmaq istməzdim. Hazırda onun üzərində iş gedir. Qısa olaraq onu qeyd etmək istərdim ki, bu sənədlər paketinə, bu təkliflər paketinə nəzər salanda (bu,) bundan öncə təklif olunan təkliflər paketinin birə-bir təkrarlanması deyil, burada bəlli bir müsbət irəliləyiş müşahidə olunur”, - nazir deyib.