Qazaxıstan Respublikasının ilk Prezidenti Nursultan Nazarbayev koronavirusa yoluxub.

Bu barədə respublika administrasiyasının mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, hazırda 79 yaşlı  sabiq dövlət başçısı özünütəcrid rejimində müalicə alır.

Səhhəti ilə bağlı narahatlığa əsas olmadığı, Nazarbayevin məsafədən işlədiyi qeyd edilir.