Ləğv edilmiş “Naxçıvansığorta” ASC-nin səhmləri dövriyyədən çıxarılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ASC özü elan edib.

“Naxçıvansığorta” ASC-nin könüllü ləğvi ilə bağlı onun adi sənədsiz 110 sayda hər birinin nominal dəyəri 63 637 manat olmaqla ümumi nominal dəyəri 7 000 070 manat olan, dövlət qeydiyyat nömrəsi AZ1004200395 səhmləri dövriyyədən çıxarılır və ləğv edilir.

Qiymətli kağızların geri satın alınma dəyəri onların nominal dəyəri üzrə həyata keçiriləcək. 

Qeyd edək ki, “Naxçıvan Sığorta”nın lisenziyası ötən ilin sonlarında ləğv edilib. Bu ilin fevralında isə ASC İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin siyahısından çıxarılıb.

Xatırladaq ki, Azərbaycanın yeganə regional sığorta şirkəti olmuş  "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 milyon manatdır. Şirkətin səhmdarı 100 % "Naxçıvan Bank" ASC-dir.