Naxçıvanda fəaliyyət göstərən "Nur Qida" MMC nizamnamə kapitalını kəskin artırıb.

Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.

Belə ki, qida şirkəti nizamnamə kapitalının 10 manatdan 913 010 manat məbləğinə artırıldığını elan edib.

Qeyd edək ki, "Nur Qida" 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Naxçıvan şəhərində yerləşən şirkətin qanuni təmsilçisi Rzayev Razim Əjdər oğludur.