NATO-Ukrayna Şurası Qara dənizdən Ukrayna taxılının daşınması məsələsini həll etmək üçün Ukrayna prezidenti Volodimir Zelenskinin çağırışı ilə toplanacaq.

İqtisadiyyat.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində yaradılan və sammit çərçivəsində ilk iclasını keçirən Şura ikinci dəfə toplaşacaq.

NATO-nun sözçüsü Oana Lunqesku bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna prezidenti Volodimir Zelenski dünən telefonla danışıb və Rusiyanın Qara dəniz taxıl sazişindən birtərəfli qaydada çıxmasını müzakirə ediblər.

Lungesku bəyan edib ki, Zelenskinin xahişi ilə Stoltenberq çərşənbə günü (26 iyul) səfirlər səviyyəsində NATO-Ukrayna Şurasını çağıracaq.

Şura Ukraynanın istehsal etdiyi taxılın Qara dənizdən dünya bazarlarına daşınması məsələsinə baxacaq.