NATO Kosovodakı Sülh Qüvvələrinə (KFOR) 130-dan çox əlavə əsgər göndərdiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO yazılı açıqlama verib.

Məlumata görə, sentyabrın 24-də Kosovo polisinə hücumdan sonra bölgədə artan gərginlik səbəbindən Rumıniyadan göndərilən əlavə 130 əsgər Kosovoya çatıb.

Xatırladaq ki, NATO 1999-cu ildən bəri Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 1244 saylı Qətnaməsinə uyğun olaraq Kosovoda sülhməramlı əməliyyata rəhbərlik edir. 

 

Gözəl Həşimova