Dünyanı çox böyük təhlükə gözləyir. Bu mövzuda hər hansı bir addım atılmayacağı təqdirdə gedişat bu cür davam edəcək. Qolobal istiləşmə dünyanı gözləyən bəlkə də ən böyük təhlükədir. Elm adamlarını qorxudan problem get-gedə daha da böyüyür. Bəs bütün buzlar ərisə nə baş verər? İqtisadiyyat.Az xarici mediaya istinadən bildirir ki, bu qorxunc mənzərəni görüncə, yaşadığımız dünyanı qorumağın lazım olduğunun şahidi olacaqsınız.

Bütün buzların əriməsi zamanı yer üzündə suyun səviyyəsi 65 metr artacaq. Bu da sahilyan ərazilərin su altında qalması anlamına gəlir. Bu qorxunc ssenarinin reallaşması fonunda dünyanın ortalama istiləşməsi 14 dərəcə C-dən 26 dərəcə C-ə çıxa bilər. Əgər bütün buzlar əriyərsə İngiltərə böyük fəlakətlə üzləşəcək. Belə ki, bu zaman İrlandiya və İngiltərənin sahil xətti tamamilə su altında qalacaq. Alimlərin gəldiyi qənaətə əsasən 1880-ci ildən bu yana hər il sarı ləkələr artır və nəticədə hətta qırmızıya dönəcək. Bəs bu nə deməkdir?

Dünyada olan 6300-dən artıq hava stansiyasını istifadə edərək 1800-ci ildən bu yana dünyanın istiliyini ölçən NASA alimlərinin yayımladığı xəritə görənləri heyrətə gətirib.