Hindistanın şimal bölgələrində son günlər təsirli olan musson yağışlarının səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 100-ü ötüb.

İqtisadiyyat.az "Times of India"ya istinadən xəbər verir ki, musson yağışları nəticəsində həyatını itirənlərin sayı günü-gündən artır.

Məlumata görə, yolların və körpülərin uçduğu daşqınlarda 170 ev dağılıb, 600 ev isə zərər görüb.

Əlavə edək ki, iyulun 8-dən bəri daşqınlarda zərər çəkən 300-dən çox insan helikopterlərlə xilas edilib. Yeni Dehlidə də təsirli olan musson yağışları Yamuna çayında suyun səviyyəsi son 40 ilin ən yüksək səviyyəsinə çatıb.