"Qarabağ"ın və millimizin hücumçusu Musa Qurbanlı karyerasını İtaliyada davam etdirə bilər.

İqtisadiyyat.az “footballnews24.it" saytına istinadən xəbər verir ki, gənc istedad axtarışında olan A seriyası təmsilçisi "Torino"da diqqətlər Qurbanlıya yönəlib.

Məlumata görə, bu işlə Turin klubunun idman direktoru və skaut şöbəsinin rəhbəri Davide Vaqnati özü məşğul olur. 

"Torino"nun xorvat baş məşqçisi İvan Yuriçin komandaya Balkan ölkələrindən bir neçə istedadlı oyunçu gətirdiyi və yeni kəşflər axtarışında olduğu bildirilib. 

İtaliyanın "Tutto Mercato" nəşrində isə Musa Qurbanlının bu mövsüm Premyer Liqada 20 qol vuraraq komandasını çempionluğa doğru aparması, "Torino"nun sabiq çalışdırıcısı Canni De Byazinin baş məşqçisi olduğu Azərbaycan millisində də debüt etməsi və qol vurması qeyd olunub.

Xəbərdə 21 yaşlı hücumçu ilə Türkiyə klublarının da maraqlandığı vurğulanıb.