Kişi voleybolçular arasında Azərbaycan çempionu bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, bu gün final mərhələsində 3-cü oyunlar keçirilib. "Xarı bülbül"ə 3:0 (25:16, 25:10, 25:16) hesabı ilə qalib gələn "Murov" çempion adını qazanıb. Komanda əvvəlki iki görüşdə rəqibini 3:1 və 3:0 hesabı ilə üstələmişdi.

MOİK-i 3:1 hesabı ilə məğlub edən “Neftçi” isə bürünc medalları qazanıb.