Azad edilən ərazilərdə seçki məntəqələri yaradılıb

İşğaldan azad edilən ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, azad edilən ərazilərdəki məntəqələrin fəaliyyəti üçün lazımı şərait yaradılacaq.