Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.

Bu barədə paytaxtın COVID-19-la bağlı vəziyyətə Nəzarət və Monitorinq Mərkəzi bildirib.

Qeyd olunub ki, paytaxt şəhərdə son sutka ərzində koronavirusdan 73 nəfər dünyasını dəyişib.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 10 613 nəfərə çatıb.

Ümumilikdə Moskvada təxminən 750 934 nəfərin yeni virusa yoluxması təsdiq edilib. Müalicə alan 577 544 pasiyent sağalıb.