Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı yenidən artıb.

Bu barədə paytaxtın COVID-19-la bağlı vəziyyətə Nəzarət və Monitorinq Mərkəzi bildirib.

Qeyd olunub ki, paytaxt şəhərdə son sutka ərzində koronavirusdan 77 nəfər dünyasını dəyişib.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 10 022 nəfərə çatıb.

Ümumilikdə Moskvada təxminən 698 084nəfərin yeni virusa yoluxması təsdiq edilib. Müalicə alan 534 552 pasiyent sağalıb.