Rusiyanın paytaxtı Moskvada COVID-19 infeksiyasından ölənlərin sayı 1 068 nəfərə çatıb.

Bu barədə Koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 58 pasiyent öldü", - qərargahda bildiriblər.

Bununla da paytaxtda koronavirusdan ölənlərin sayı 1 068 nəfər təşkil edir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.