Beynəlxalq reytinq agentliyi "Moody's" İsrailin xarici valyuta və yerli valyutada kredit reytinqini "A2"dən "Baa1"ə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, agentlik ölkənin kredit reytinqi proqnozunu mənfi olaraq saxlayıb.

Qeyd edilib ki, reytinqin aşağı salınmasının əsas səbəbi geosiyasi riskin xeyli güclənməsi və müharibənin həm yaxın, həm də uzunmüddətli perspektivdə İsrailin etibarlılığı üçün ciddi mənfi nəticələrə səbəb olmasıdır.

Bəyanatda Qəzzada atəşkəs ehtimalının azaldığı, geosiyasi risklərlə birlikdə daxili siyasi risklərin artdığı bildirilib.

 

Gözəl Həşimova