Moldova Prezidenti Maya Sandu milli ordunun komandanı, general Eduard Oxladçukun istefası haqqında fərman imzalayıb.

İqtisadiyyat.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

“Eduard Oxladçuk milli ordunun baş qərargah rəisi, milli ordunun komandanı vəzifəsindən azad edilib”, - deyə sənəddə bildirilir.

O, 2021-ci il noyabrın 8-dən bu vəzifələrdə çalışırdı.

Sentyabrın 18-də Moldova Nazirlər Kabineti E. Oxladçukun istefası təşəbbüsü ilə çıxış edib.

 

Sadiq Cavadov