"Ukrayna büdcəsinə maliyyə gəlirləri üçün variantlar praktiki olaraq tükənib və vergilərin artırılması zəruri və məcburi addımdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Sergey Marçenko bildirib.

"Xarici borclanma gözlənilməzdir, çünki bu ilin ilk üç ayında ölkə vəd edilən yardımın yalnız on faizini alıb. Bu il ölkə Qərb tərəfdaşlarından 41,3 milyard dollar cəlb etməyi planlaşdırır, lakin ödənişlərin sabit olacağına heç kim zəmanət vermir. Daxili borclanma kritik həddə çatıb, çünki o, yeni xərclər yaratmadan yalnız mövcud sistemi dəstəkləyir", - deyə o qeyd edib.

 

Gözəl Həşimova