Volodimir Zelenskinin ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşü bir saata yaxın davam edib.

İqtisadiyyat.az xəbər verir ki, Ukrayna nümayəndə heyətinin korteji ciddi təhlükəsizlik altında yerli vaxtla saat 11:05-də "Tramp Tower"dən ayrılıb.

Görüş zamanı Tramp qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişənin həlli üçün hər iki tərəflə işləməyə hazır olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Ukrayna lideri inanılmaz sınaqlara dözməli olub.

***18:42

ABŞ-nin 45-ci prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında görüş başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

Tərəflər arasında görüş Nyu-Yorkda Trampa məxsus “Trump Tower” binasında keçirilir.

Mətbuata qapalı olan görüşüdə müzakirələrin mövzusu məlum deyil.