Braziliyanın San-Paulu şəhəri ətrafında “San Paulo” futbol klubunun reklamını daşıyan dirijabl qəzaya uğrayıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə şahidi tərəfindən lentə alınan video sosial şəbəkəyə yerləşdirilib. 

"İrəli, Sao Paulo!" yazısı olan dirijabl Cənubi Amerikanın ən yaxşı futbol komandalarının iştirak etdiyi çempionat olan Libertadores Kubokunun 1/4 finalı öncəsi sınaqdan keçirilib. O, altı kilometrdən bir qədər çox uçub. Daha sonra yaşayış binasının üzərinə düşüb.

Dirijablın pilotu qəza zamanı yaralanıb və xəsatəxanaya yerləşdirilib. Digər itkilər barədə məlumat verilmir.