Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, daha 10 nəfər isə yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölənlərdən ikisi azyaşlı olub.

***19:32

Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. 

Məlumata görə, patlayış yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən kafedə qaz balonunun partlaması nəticəsində qeydə alınıb.

Hadisə nəticəsində 5 nəfərin həlak olduğu deyilir.