"iFixit" tədqiqatçıları "iPhone 16 Pro" və "iPhone 16 Pro Max" modellərinin təmir olunma qabiliyyətini qiymətləndiriblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin "YouTube"da yerləşdirdiyi videoda bəhs olunub.

Texnika üzrə təmir təlimatları hazırlayan şirkətin mütəxəssisləri "Apple"nin ın ən bahalı və müasir smartfonlarını araşdırıblar. Məlum olub ki, şirkət cihazların quruluşu üzərində yaxşı işləyib və təmir prosesini xeyli sadələşdirib.

Xüsusilə "LIDAR" skanerinin əsas kameradan ayrı quraşdırıldığı və asanlıqla dəyişdirilə biləcəyi məlum olub. "mmWave" antenasına da giriş mümkündür. Lakin "iPhone 16 Pro" və "iPhone 16 Pro Max" telefonlarının titan korpusu hələ də antenanın işinə maneələr yarada bilər. USB-C portunun yerləşdirilməsi də xeyli sadələşdirilib.

Buna qədər "iFixit" mütəxəssisləri "iPhone 16"-nı sınaqdan keçiriblər və cihazın "iPhone 15"dən xeyli asan təmir olunduğunu bildiriblər.