İsrail və Hizbullah arasında gərginlikdən sonra Livanın cənubunda 90 mindən çox insan evlərini tərk edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) press-relizdə deyilir

Məlumata görə, sentyabrın 17-dən 24-ə qədər olan həftə ərzində 90 530 nəfər Livanın cənubundakı evlərini tərk edərək ölkənin digər bölgələrinə sığınmaq məcburiyyətində qalıb.

Hava hücumları səbəbindən on minlərlə dinc sakin sığınacaq axtarmaq üçün Beyruta və ölkənin digər şimal bölgələrinə doğru hərəkət edir.

 

Gözəl Həşimova