Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari istefa verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Respublikanın Baş naziri İrakli Kobaxidze Giorgi Amilaxvarinin gedişini “böyük itki” adlandırıb:

“Giorgi Amilaxvariyə nazir kimi səmərəli fəaliyyətinə görə təşəkkür etmək istəyirəm, onun istefası hökumət üçün böyük itkidir”.

Qeyd edilib ki, Amilaxvari siyasəti tərk edərək özəl sektorda işləməyə qərar verib. Onun yerinə kimin nazir olacağı hələlik məlum deyil.

Xatırladaq ki, Amilaxvari 2023-cü ilin martından təhsil naziri vəzifəsində çalışır.

 

Gözəl Həşimova