Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

***

12.09

Sumqayıtda restoran yanır.

İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı" restoranında qeydə alınıb.

Yanğın yerinə FHN-in DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.