Sudanda vəba xəstəliyindən həyatını itirənlərin sayı 506-ya çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkədə vəbaya yoluxanların sayı 15 min 577-yə yüksəlib.

Əlavə edək ki, Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

 

Gözəl Həşimova