Moldovada avqustda illik inflyasiya 10,8%-dən 9,7%-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb.

Məlumata görə, bu dövrdə Moldovada ərzaq məhsulları illik müqayisədə 9,6%, qeyri-ərzaq malları 5,5%, xidmətlər isə 16,3% bahalaşıb.

Əlavə edək ki, ötən ilin oktyabrında Moldova Milli Bankı son iki ildə ilk dəfə inflyasiyanın yavaşlaması ərəfəsində uçot dərəcəsini azaltmağa başlayıb.

 

Gözəl Həşimova