"Əfqanıstandakı vəziyyət Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan bütün ölkələrin təhlükəsizliyinə təsir edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi təşkilata üzv ölkələrin dövlət başçılarının virtual görüşündə deyib.

“Əfqan ərazisinin qonşuların sabitliyini pozmaq üçün istifadə edilməsinə yol vermək olmaz. İstənilən formada və ya təzahürdə mövcud ola bilən terrorizmə qarşı birgə mübarizə aparmalıyıq”, - Modi vurğulayıb.