"İrəvanın Zvartnots hava limanında xidmət keçməsi üçün Moskvadan gələn hərbçilərin xidmətinə ehtiyac yoxdur".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kiprdən olan həmkarı Konstantinos Kombos ilə birgə mətbuat konfransı zamanı deyib.

“Əvvəldən Rusiya sərhədçilərinin mövcudluğu Ermənistan dövlətinə dəstək kimi idi. İndi sərhəd xidmətini müstəqil həyata keçirmək üçün institusional imkanlar var və biz bu barədə Rusiya tərəfini məlumatlandırmışıq”, – deyə o qeyd edib.