Qeyri-qanuni immiqrant yamac paraşütü ilə Mərakeş sərhədini keçərək Şimali Afrikanın İspaniyanın Melilla şəhərinə gəlib.


İqtisadiyyat.az xəbər verir ki, Melilla muxtar administrasiyası hökumətindən verilən məlumatda, noyabrın 29-da yerli vaxtla saat 18:15 radələrində qeyri-qanuni immiqrantın yamac paraşütü ilə Mərakeşdən ayrılaraq sərhəddəki 6 metrlik divarı keçərək İspaniyaya daxil olduğu bildirilib.


Yamac paraşütü ilə İspaniya tərəfində sərhəd xəttini və yolu keçən nizamsız miqrantın meşəlik əraziyə düşərək yoxa çıxdığı bildirilir.


Qeyd edək ki, hər il minlərlə qeyri-qanuni miqrant Mərakeş tərəfindən İspaniyanın Şimali Afrikadakı muxtar vilayəti Melillaya keçməyə çalışır.