Ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə iqtisadi sahədə Azərbaycan Prezidentinin tapşırıqlarından irəli gələn əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin iş adamları arasında daimi təmas və əlaqələrin yaradılmasına dəstək verilməsi, energetika, ticarət, nəqliyyat sahələrində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.