ABŞ-nin Miçiqan ştatına təsir edən güclü külək və əlverişsiz hava şəraiti nəticəsində 5 nəfər həyatını itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, küləyin sürəti saatda 121 kilometrə çatıb, baş verən iki tornado ciddi fəsadlara səbəb olacaq həddə gəlib.

Fırtına səbəbindən Miçiqanda 420 min, Ohayoda isə 215 min ev və iş yerində elektrik enerjisi kəsilib.

Kent Rayon Polis İdarəsi yağışların səbəb olduğu avtomobil qəzasında bir ana və iki uşağının öldüyünü açıqlayıb.

İnqham qraflığı polis departamenti həmçinin fırtına nəticəsində ən azı 25 avtomobilin zədələndiyini və qəzalardan birində bir nəfərin öldüyünü açıqlayıb.

Lansiqn Polis Departamentinin sözçüsü Jordan Gulkis, əyalətin paytaxtı Lansinqdə bir nəfərin evinin üzərinə ağacın aşması nəticəsində öldüyünü bildirib.

Qeyd edilib ki, Cənub-Şərqi Miçiqan ştatına hər kvadratmetrə 12,7 kiloqramdan çox yağıntı düşüb.