Altayda Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub. 

Helikopterin qəzaya uğraması nəticəsində daha 7 nəfər xəsarət alıb. Onların vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. Qəzaya səbəb kimi Mi-8-in eniş zamanı qarşısını alan elektrik naqilləri göstərilib.

İqtisadiyyat.az “112” Telegram kanalına istinadən bildirir ki, helikopter Altayda eniş edərkən yanıb. Hadisə rayonun Tunqur kəndində baş verib.

Bundan əvvəl Su-25 qırıcısı Kubanda qəzaya uğramışdı. Hücum təyyarəsi Yeysk yaxınlığındakı Azov dənizinə düşmüşdü.