“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2023-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, investisiya şirkətini ötən il cəmi 198 manat gəlir əldə edib, ümumi və inzibati xərci isə 143,3 min manat təşkil edib.

İnvestisiya şirkətinin 143,1 min manat əməliyyat zərəri yaranıb. Bu isə ilk dəfə deyil. Belə ki, “MFX-Trading” 2022-ci ili də 304 min manat xalis zərərlə bitirib. Bununla belə, 2022-ci ilə nisbətən 2023-cü ildə şirkətin zərəri 2 dəfədən çox azalıb.  2024-cü ilin yanvar ayının 1-nə şirkətin yığılmış zərəri isə 718,4 min 427 manata yüksəlib. 

Ötən il “MFX Trading”in cəmi aktivləri 1% artaraq 391,6 min manat təşkil edib. 2024-cü ilin yanvar ayının 1-nə şirkətin cəmi kapitalı 241,6 min manat olub ki, bu da illik müqayisədə 24% çoxdur.