“Meta”nın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 13,498 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin birinci yarısı ilə müqayisədə 4,6% azdır.

İqtisadiyyat.az bildirir ki, Meta-nın səhm üzrə illik azaldılmış mənfəəti dəyişməyərək 5,18 dollar olub. 

Şirkətin ilin birinci yarısında gəliri illik müqayisədə 6,9% artaraq 60,645 milyard dollara çatıb. 2023-cü ilin ikinci rübündə Meta illik müqayisədə 16% artaraq 7,788 milyard dollar xalis gəlir əldə edib. Hesabat dövründə şirkətin səhm üzrə azaldılmış mənfəəti bir il əvvəlki 2,46 dollar ilə müqayisədə 2,98 dollar təşkil edib. İkinci rübdə Meta-nın gəliri illik müqayisədə 11% artaraq 31,999 milyard dollara çatıb.

Hesabatda həmçinin bildirilir ki, iyunda şirkətin sosial şəbəkələrinin gündəlik aktiv istifadəçilərinin sayı illik müqayisədə 7% artaraq 3,07 milyard nəfərə çatıb. Meta-nın məlumatına görə, onun sosial şəbəkələrinin orta aylıq istifadəçilərinin sayı illik müqayisədə 6% artaraq iyunun sonunda 3,88 milyard istifadəçiyə çatıb. 

Bütövlükdə 2022-ci ildə şirkətin gəliri 1% azalaraq 116,6 milyard dollar, xalis mənfəəti isə 41% azalaraq 23,2 milyard dollar təşkil edib.