Texnologiya nəhəngi Meta-nın baş direktoru Twitter-i vurmağa hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, Meta Threads adlı tətbiqi ilə Twitter-ə rəqib olacaq. Tətbiqi sınaqdan keçirmək üçün artıq məşhurlar və sosial media təsir edənlərlə əlaqə saxlanılıb.

Tətbiqin 1 ay ərzində təqdim ediləcəyi gözlənilir

Meta yüksək profilli istifadəçilərin proqramdan ilk istifadə etməsini istəyir. Beləliklə, digər istifadəçilərin də tətbiqdən istifadə etməyə təşviq ediləcəyi təxmin edilir.

Threads tətbiqində paylaşımların 500 simvolla məhdudlaşdırılması planlaşdırılır.

Beləliklə, Twitter-dən Threads-ə gələn istifadəçilərin tətbiqə daha asan uyğunlaşması hədəflənir.

Zukerberqin bu addımı ilə Maskın böhranından yararlanmağa çalışdığı düşünülür.