Karyeralarında 30 dəfədən çox rəqib olmuş Lionel Messi və Kriştiano Ronaldo növbəti dəfə bir-birlərinə meydan oxumaq fürsəti əldə edəcəklər.

İqtisadiyyat.az xəbər verir ki, dünya şöhrətli ulduzlar 2024-cü ilin əvvəlində yoldaşlıq görüşündə üz-üzə gələcəklər. Messinin çıxış etdiyi "İnter Mayami" Səudiyyə Ərəbistanın iki  komandası ilə yoldaşlıq oyunu keçirəcək. Messinin komandasının qarşılaşacağı komandalardan biri də Ronaldonun çıxış etdiyi "Əl Nəsr" olacaq.

“İnter Mayami” turnirdə El Salvador və Honq Konqda da keçirilən Riyad Mövsüm Kuboku çərçivəsində iştirak edəcək. 

"Əl Hilal" - "İnter Mayami" matçı 29 Yanvarda, Fevralın 1-də isə Ər-Riyaddakı Kral Stadionunda “Əl Nəsr” – “İnter Mayami” oyunu keçiriləcək.