"British American Tobacco" şirkəti Rusiya və Belarusdakı biznesini yerli rəhbərliyə satdığını bəyan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən məlumatda qeyd edilib. Məlumatda bildirilib ki, şirkət istifadə etdiyi tütün markalarını Rusiya biznesinin mülkiyyətinə həvalə edib.

Öncədən bağlanmış müqavilənin bütün şərtləri yerinə yetirildikdən sonra şirkətin növbəti bir ay ərzində Rusiya bazarını tam tərk edəcəyi gözlənilir. 

Maraq üçün qeyd edək ki, "British American Tobacco" "Philip Morris"dən sonra dünyanın ən böyük ikinci tütün şirkətidir. 50 ölkədə siqaret bazarına rəhbərlik edən şirkət ümumilikdə 180 ölkədə satış həyata keçirməkdədir. Şirkətin ən populyar məhsulları sırasında "Dunhill", "Kent", "Lucky Strike", "Pall Mall", "Vogue", "Rothmans", "Benson & Hedges", "Winfield", "Viceroy" və digərləri yer alır.