Azərbaycanın ən böyük ixrac şirkətlərindən biri olan "Almeyvə" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 8 milyon manata yaxın vergi borcu var. 

İqtisadiyyat.az xəbər verir ki, "Qaynarinfo"ya daxil olan məlumata görə, "Almeyvə" şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 7.984.822,96 manat vergi borcu yaranıb. 

 

796ebcb61d98eb1ade10a07bce50edb94e2d06bb-8dae-4958-bef8-aa5aea1f728a-jpg.jpg

Artıq şirkətin qanuni təmsilçisi Quliyev Rəşid Yusif oğlunun ölkədən çıxışına stop qoyulub. 

"Almeyvə" MMC Dövlət Vergi Xidmətinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. İşə hakim Günel Abbasovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, sözügedən şirkətin Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevə bağlı olduğu iddia edilir.