Bitlis Özəl İdarəsi qrupları, Nemrut Dağı'ya gedən yolda 10 metrlik bir qar qalınlığı olduğu yerdə işlərini davam etdirir.

Bitlisin Tatvan qəsəbəsinə 13 km məsafədə olan və yolu qar səbəbilə bağlanan Nəmrud Vulkanik Gölünün yolu, qəsəbə özəl dəstələrinin səyi nəticəsində açılıb. İqtisadiyyat.Az türk mediasına istinadla bildirir ki, Türkiyənin bir çox yerində bahar fəsli yaşandığı halda, Bitlisdə qarla mücadilə dəstələri işlərini davam etdirirlər. Qarın hündürlüyü yerdən 10 metr olduğu Nəmrud dağının ətəklərində qarla mücadilə işləri davam edir. Şəhər valisi Oqtay Cağatayın bildirdiyinə görə, dəstələr 10 gündür gecə-gündüz dayanmadan yaranmış problemi aradan qaldırmağa çalışırlar. O, həmçinin bir neçə günlük işin qaldığını söyləyib və yaxın zamanlarda onun da həll olunacağını qeyd edib.