ABŞ-ın Merilend ştatındakı Starbucks mağazasında Monique Pugh adlı qaradərili qadının sifariş etdiyi məhsulun üzərinə "meymun" yazılıb. Mağaza hiddətlənmiş müştəriyə pulsuz içkilər və sendviçlər təklif edib. Lakin M.Pugh bu təkliflərlə razılaşmayıb və şirkətin bu addımını irqçilik adlandırıb. Mağaza personalın fəaliyyətinə son verildiyini açıqlayıb.