ABŞ-lı nəhəng dərman şirkəti "Johnson & Johnson" asılılıq yaradan ağrı kəsicilərə görə küllü miqdarda cərimə olunub.
ABŞ-ın Oklahoma ştatında bir məhkəmə asılılıq yaradan ağrı kəsicilərin ictimai zərərə yol açdığı üçün sözügedən dərman şirkətinə 572 milyon dollar cərimə verib. 
Prokurorlar şirkətin ağrı kəsici dərmanların asılılıq riskini açıqlamadan bazara çıxarılaraq "opiat" epidemiyasına yol açdığını bildirib.(moderator.az)