Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı zamanı Vaqif Xaçatryan və digər erməni silahlılarının qətlə yetirdiyi şəxslərin adları açıqlanıb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Vaqif Xaçatryanın ittiham aktında bildirilir.

İttihamda qeyd edilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Meşəli kəndinə basqın edərək evlərə və küçələrə hücum edib.

Onlar kənd sakinləri 1936-cı il təvəllüdlü Quliyev Qədim, 1936-cı il təvəllüdlü Quliyeva Ruba Hacı qızını, 1903-cü il təvəllüdlü Quliyev Mətləb Qənimət oğlunu, 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızını, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızını, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızını, 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu, 1932-ci il təvəllüdlü Sadıqova Qönçə Məmmədbağır qızını, 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 1936-cı il təvəllüdlü Nurməmmədova Pakizə İslam qızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nəbi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 1938-ci il təvəllüdlü Kazımov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 1929-cu il təvəllüdlü Qasimov Ənvər Bahadur oğlunu, 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı rayon polis şöbəsinin Meşəli polis bölməsinin polis (milis) serjantları - 1969-cu il təvəllüdlü Quliyev İsmayıl Qənimət oğlunu və 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetiriblər.